AzTV

AzTV 2.5/5 - 2 votes

About AzTV

Location: Azerbaijan
Category: Public
AzTV on Social Networks: AzTV AzTV
Azərbaycan Televiziyası və qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.



Related TV Channels

ATV
Azerbaijan / Public
Azad Azərbaycan — 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri....

Dünya TV
Azerbaijan / Local
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalı. "Dünya" Müstəqil...

Dalğa TV
Azerbaijan / Entertainment
Dalğa TV — Xəzər TV MMC-nin nəzdində yaradılan, Azərbaycanın ilk film və serial kanalı. 14 noyabr 2017-ci ildə Milli...

ARB Şəki
Azerbaijan / Local
ARB Şəki — 2008-ci ildə Şəki şəhərində "Kanal-S" adıyla yayıma başlayan televiziya kanalı. Şimal-qərb...

ARB
Azerbaijan / Public
ARB — 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı 14 mart 2014-cü...